XƏBƏRLƏR / Diplomatiya

Azərbaycanın İrandakı səfirliyində anım mərasimi keçirilib

Səfirliyimizə terror hücumunun ikinci il dönümüdür

Azərbaycanın İrandakı səfirliyində anım mərasimi keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirilib.


    Bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.

    “27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.

    Xatırladaq ki, bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının ikinci ildönümüdür. 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 8:30-da İran vətəndaşı Yasin Hüseynzadə Kalaşnikov avtomatı ilə silahlanmış mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumçunu dayandırmağa çalışarkən xəsarət alıblar.

    Orxan Əsgərov İkinci Şəhidlər Xiyabanında dəfn edilib. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə də təltif edilib.