Azərbaycan və Ermənistan arasında iş gedir
XİN rəhbəri Ceyhun Bayramov Ermənistanla delimitasiya və demarkasiya ilə bağlı danışıb
"Delimitasiya və demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan arasında iş gedir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq”.
O ki qaldı Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsinə, bizə işlərin getdiyi bildirilib.
Nazir qeyd edib ki, ötən il Vaşinqton sammitinin çox önəmli nəticələrindən biri Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin razılaşdırılması idi: “Bunu ABŞ da dəstəkləyir. Bu istiqamətdə danışıqlar ABŞ-la Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRIPP-ın giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dan olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə yaxın aylar ərzində növbəti xəbərlər olsun".
1 dəqiqə