Xarici işlər nazirinin müavini ABŞ səfirliyində olub
O, C.Karterin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb
Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi sosial mediada paylaşım edib.
“Keçmiş prezident Karterin və onun sülhməramlı və dövlət xadimi olaraq qoyduğu irsin şərəfinə başsağlığı kitabımızı imzalamaqda bizə qoşulan xarici işlər nazirinin müavini Elnur Məmmədov da daxil olmaqla hər kəsə təşəkkür edirik”, - məlumatda qeyd edilib.