XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Keniyada Musalia Mudavadi ilə görüşüb

Keniyanın Nazirlər Kabinetinin Baş katibi Azərbaycan XİN rəhbəri ilə təkbətək görüş keçirib

Ceyhun Bayramov Keniyada Musalia Mudavadi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin Baş katibi Musalia Mudavadi ilə görüşür.

    “Xarici işlər naziri Ceyhun Bayramov və Keniya Respublikası Nazirlər Kabinetinin Baş katibi Musalia Mudavadi arasında qarşılıqlı maraq doğuran geniş spektrli ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün təkbətək görüş keçirilir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyin bildirib.