ABŞ səfiri Lənkərana getdi
Bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) Lənkərana səfər edib.
Bu barədə diplomatik nümayəndəliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu, M.Libbinin Azərbaycanın bölgələrinə ilk səfəridir.
Səfir mübadilə proqramı məzunları, habelə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən Fulbrayt ingilis dili tədrisi üzrə köməkçi ilə görüşüb.
"Lənkəran çayı ilə bəzədilmiş nahar süfrəsi arxasında qrup öz mübadilə proqramı təcrübələrini və hekayələrini səfir ilə bölüşüb. Bu hekayələr onların xaricdə qazandıqları təcrübənin yerli cəmiyyətə göstərdiyi dərin təsiri nümayiş etdirirdi", - səfirlikdən bildirilib.