Azərbaycan və Pakistan XİN rəhbərləri telefonla danışıblar
Bu barədə Pakistanın xarici işlər nazirliyi xəbər verir
Azərbaycan və Pakistan xarici işlər nazirləri Bayramov və İshaq Dar arasında telefon danışığı baş tutub - Pakistan XİN
Azərbaycanlı nazir İslamabadda baş verən terror aktının qurbanları ilə bağlı başsağlığı verib. İshaq Dar da öz növbəsində hücumu pisləyib və Pakistanın terrorizm təhlükəsi ilə mübarizə aparmaq əzmini bir daha təsdiqləyib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran cari regional və beynəlxalq hadisələri müzakirə ediblər və Bakı ilə İslamabad arasında güclü tərəfdaşlığı bir daha təsdiqləyiblər.
1 dəqiqədən az