Moskva və Bakı qarşıdakı təmasların cədvəlini razılaşdırır
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev görüşüblər
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ikitərəfli gündəlikdəki cari məsələləri müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirləri arasında 17 iyulda əldə edilən razılaşmaların, o cümlədən tamhüquqlu mədəni dialoqun bərpası və humanitar məsələlərin həlli ilə bağlı razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin potensialının reallaşdırılmasının vacibliyini vurğulayıb.
1 dəqiqədən az