Bakı İrəvana Sülh Müqaviləsinin yeni təkliflərini göndərib
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verib YENİLƏNİB
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklif paketi alıb, - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan.
O bildirib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Qriqoryan həçinin bildirib ki, Azərbaycan və Ermənistan iki ölkə liderlərinin görüşünün təşkili üzərində iş gedir.
"Dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı müzakirələr gedir. Yekun qərar yoxdur. Biz işləyirik, yekun razılıq əldə olunandan sonra sizə məlumat verəcəyik", - TŞ katibi deyib.
Qeyd edək ki, bu il yanvarın 4-də Ermənistan sülh sazişi layihəsi ilə bağlı təkliflərini Azərbaycana çatdırıb və ötən ayın sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri yaxın həftələrdə cavab veriləcəyini vəd etmişdir.