Ferqus Auld Xocalı soyqırımının xatirəsini yad edib
Böyük Britaniyanın Bakıdakı səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib
Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld Xocalı soyqırımının xatirəsini ehtiramla yad edib.
Diplomat “Ana fəryadı” abidəsini (1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin əməkdaşları tərəfindən Xocalı sakinlərinə qarşı törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə) ziyarət edib.
“Bu gün mən bütün azərbaycanlılarla birlikdə Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirəm. Allah rəhmət eləsin!” – Old X sosial şəbəkəsində yazıb.