XƏBƏRLƏR / Diplomatiya

ABŞ və Britaniya səfirləri H.Cavidi Navalnı ilə səhv salıb

Səfirlər bu gün Hüseyn Cavidin heykəlini ziyarət ediblər

ABŞ və Britaniya səfirləri H.Cavidi Navalnı ilə səhv salıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Britaniya səfiri Ferqüs Ault "X" sosial şəbəkəsində Rusiya cəzaçəkmə müəssəsində həlak olan müxalifətçı Aleksey Navalnının xatirəsini ABŞ səfiri ilə bahəm Hüseyn Cavidin heykəli önündə andıqlarını yazıb.

    "Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum".