XƏBƏRLƏR / Diplomatiya

Yaxın vaxtlarda Bakı və İrəvan nümayəndə heyətləri görüşəcək

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib

Yaxın vaxtlarda Bakı və İrəvan nümayəndə heyətləri görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Sülh müqaviləsi istiqamətində danışıqlara bəlli fasilə var idi, amma mətn üzərində iş gedirdi”.


    Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

    "Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirildi və bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - nazir deyib.