Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb
Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində Uqanda Prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Uqanda arasında çoxtərəfli əməkdaşlığın gündəliyi və Qoşulmama Hərəkatının üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.
Yada salaq ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib.