İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İran xarici işlər nazirinin təyyarəsi Sankt-Peterburq hava limanına eniş edib.
İRNA bildirib ki, Əraqçi Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və danışıqlar aparmaq üçün Sankt-Peterburqa gəlib.
Səfərdə danışıqlar prosesi, mümkün atəşkəs və beynəlxalq koordinasiya məsələləri müzakirə olunacaq.
İranın xarici işlər naziri bildirib ki, Tehran və Moskva arasında regional və beynəlxalq məsələlər üzrə sıx məsləhətləşmələri davam etdirmək və ikitərəfli münasibətləri inkişaf etdirmək məqsədi ilə Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün Rusiyaya səfər edib.
Bir müddət əvvəl İranın Moskvadakı səfiri Kazem Cəlali səfərin xarici təhdidlər qarşısında İranın maraqlarını irəli sürməyə yönələcəyini bildirib.
1 dəqiqə