Azərbaycan və İordaniya viza rejimini ləğv edir
İordaniya Xarici İşlər Nazirliyi xəbər verir
Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.
İordaniya Xarici İşlər Nazirliyi xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.

Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.
1 dəqiqədən az