XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan-İran əlaqələrinin mövcud durumu müzakirə edilib

İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyində qəbul edilib

Azərbaycan-İran əlaqələrinin mövcud durumu müzakirə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xarici işlər nazirinin müavini Araz Əzimov ilə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu arasında görüş baş tutub.

    ISNA agentliyinin məlumatına görə, müzakirələrdə ikitərəfli əlaqələrin mövcud durumu, habelə bir sıra regional və qlobal məsələlər nəzərdən keçirilib. Səfir Müctəba Dəmirçilu iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq prinsiplərinə söykənərək inkişaf etdiyini diqqətə çatdırıb.

    Hər iki tərəf qarşılıqlı maraqlara söykənən əməkdaşlığın davam etdirilməsi və münasibətlərin daha da gücləndirilməsinin vacibliyi ətrafında ortaq fikir ifadə edib.