Bülbüloğlu 18 ildən sonra səfir vəzifəsindən geri çağırılıb
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Polad Bülbüloğlu Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, 2006-cı ildə Polad Bülbül oğlu mədəniyyət naziri vəzifəsini tərk edərək Moskvaya köçüb və orada Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.