Azərbaycan və İranın Belarusdakı səfirləri Minskdə görüşüb
Məhərrəm Əliyev Əlirza Saneiyə Şərqi Zəngəzur və Qarabağda bərpa və tikinti işləri barədə məlumat verib
Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev İranın bu ölkədəki səfiri Əlirza Sanei ilə görüşüb.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilir.
Bildirilir ki, görüş zamanı Azərbaycan səfiri iranlı həmkarına ölkənin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və tikinti işləri barədə məlumat verib.
“Tərəflər ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib, aktual beynəlxalq problemlər, regiondakı vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.