XƏBƏRLƏR / Diplomatiya

Blinken Yaxın Şərq turnesi ərəfəsində Fidana zəng vurub

Türkiyə XİN sözcüsü Öncü Keçeli xəbər verir

Blinken Yaxın Şərq turnesi ərəfəsində Fidana zəng vurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nazir Fidan amerikalı həmkarı ilə telefonla danışıb.

    Xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Qarşı tərəfin tələbi ilə keçirilən görüşdə İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədə artan gərginlik müzakirə edilib.

    Söhbət zamanı Fidan bildirib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin şəhid olması və fələstinlilərə qarşı davam edən qırğın bir daha İsrailin sülhü bərqərar etmək istəmədiyini göstərdi.


    “İsrailə təzyiq edilməlidir”


    HƏMAS-ın daha əvvəl atəşkəslə bağlı konstruktiv mövqe nümayiş etdirdiyini bildirən Fidan daimi atəşkəs üçün İsrailə təzyiq edilməli olduğunu bildirib.

    Bölgədə artan gərginliyin narahatlıq doğurduğunu da deyən Fidan, İsrailin qarşıdurmaların daha da genişlənməsinə səbəb olacaq təxribatçı addımlardan çəkinməli olduğunu qeyd edib.

    Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Antoni Blinken Yaxın Şərqə növbəti səfərə yola düşüb. Onun proqramına İsrail, Qətər və Misirə səfərləri daxildir, - İsrail mediası xəbər verir.

    ABŞ Dövlət Departamenti bildirib ki, səfər ərəfəsində İsrailin müdafiə naziri Yoav Qalantla söhbətində ABŞ dövlət katibi Antoni Blinken Qəzzada təcili atəşkəs razılaşmasına çağırıb və ABŞ-ın İsrailin təhlükəsizliyinə zəmanət verdiyini bir daha təsdiqləyib.