Moskva ilə Bakı arasında dərin ziddiyyətlər yoxdur
Bunu səfir Polad Bülbüloğlu TASS-a müsahibəsində qeyd edib
Bu gün Rusiya Federasiyası ilə Azərbaycan arasında dərin ziddiyyətlər yoxdur - Rusiyadakı Azərbaycan səfiri Polad Bülbüloğlu
“Əlbəttə, mən məmnunam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək müttəfiqlik səviyyəsindədir”, - Polad Bülbüloğlu TASS-a müsahibəsində qeyd edib.
Diplomat əlavə edib ki, Moskva və Bakı bütün problemli məsələləri açıq və mehribanlıqla müzakirə edir.
Bülbüloğlu iki ölkənin idarələri arasında fəal qarşılıqlı fəaliyyətə də diqqət çəkib. “Hazırda iki ölkənin xarici işlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfdən Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan tərəfdən isə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi hökumətlərarası komissiya çox səmərəli işləyir, sonuncu görüş bu yaxınlarda - avqustun 9-da Bakıda keçirilib”, - diplomat vurğulayıb.
Xatırladaq ki, Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olacaq.