Rusiya Türkiyənin Şimali Kiprdə baza yaratmasına qarşı çıxır
Bu barədə Rusiya XİN dördüncü Avropa departamentinin rəhbəri Yuri Pilipson çıxış edib
Moskva hesab edir ki, Türkiyənin Şimali Kiprdə hərbi baza yaratmağa hazır olması regionda münaqişə riskinin artması ilə doludur və buna görə də Rusiya Şərqi Aralıq dənizini hərbiləşdirməməyə çağırır. Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin dördüncü Avropa departamentinin rəhbəri Yuri Pilipson çıxış edib.
"Biz Şərqi Aralıq dənizindəki hadisələri diqqətlə izləyirik - bu, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm regiondur, biz onun hərbiləşdirilməsinə və münaqişə potensialının artması ilə nəticələnən istənilən hərəkətlərə qarşıyıq".