Niderlandın xarici işlər naziri Azərbaycana gəlir
Bu və başqa məsələləri Prezidentin köməkçisi Hikmət Hacıyev Niderlandın səfiri Marianne de Jongla müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Niderlandın Azərbaycandakı səfiri Marianne de Jong ilə görüşüb.
Səfirliyin məlumatına görə, görüşdə Niderland xarici işlər naziri Tom Berendsenin Azərbaycana planlaşdırılan səfəri, Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfirlikdən qeyd edilib ki, "bu cür görüşlər Niderland və Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə siyasi dialoqun davam etdirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün vacibdir".
1 dəqiqədən az