XƏBƏRLƏR / Diplomatiya

Azərbaycanın xarici işlər naziri ABŞ-a işgüzar səfərə gedib

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib

Azərbaycanın xarici işlər naziri ABŞ-a işgüzar səfərə gedib
Ceyhun Bayramov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.