Rusiya XİN Paris və İrəvanın hərbi əməkdaşığını şərh edib
Bu barədə xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edib:
“Regiondan kənar qüvvələr Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir Biz hesab edirik ki, bu, Zaqafqaziyada sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”, - Qaluzin bildirib.
Diplomat hesab edir ki, regional təhlükəsizliyi “müvafiq region dövlətlərinin səyləri ilə ən effektiv şəkildə təmin etmək olar”.
“Biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və başqa yerlərdə iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq...”, – diplomat əlavə edib.
Bundan əvvəl İrəvanın Parisdən 36 SEZAR özüyeriyən artilleriya qurğusu aldığı bildirilirdi.