Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıb
Azərbaycanın və Özbəkistan xarici işlər nazirləri telefonla danışıb

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub.
Həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.