Hakan Fidan Qırğızıstana səfər edəcək
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb
Türkiyə xarici işlər naziri Hakan Fidan Qırğızıstana səfər edəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Qırğızıstan XİN rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə 9 yanvar 2024-cü il tarixində baş tutacaq.
Görüşlər zamanı ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.