
12:48
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali arasında geniş tərkibli görüş baş tutub.
Görüş zamanı tərəflər Azərbaycan və Somali arasında ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Nazirlər həmçinin BMT, Qoşulmama Hərəkatı (NAM) və İslam Əməkdaşlıq Təşkilatı (OİC) çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıblar.
***
11:50
Azərbaycan və Somali XİN başçıları arasında rəsmi görüş keçirilib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qəbul edib.
Görüş Somalinin xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində Xarici İşlər Nazirliyində baş tutub.