XƏBƏRLƏR / Diplomatiya

ABŞ İran rəsmilərinə BMT-də məhdudiyyətlər nəzərdən keçirir

Dövlət Departamenti iranlı diplomatlara qarşı yeni tədbirlər hazırlayır

ABŞ İran rəsmilərinə BMT-də məhdudiyyətlər nəzərdən keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Dövlət Departamenti iranlı diplomatlara qarşı yeni tədbirlər hazırlayır.

    Bu barədə Associated Press agentliyi xəbər yayıb.

    ABŞ Dövlət Departamenti Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının sessiyası zamanı İran rəsmiləri üçün əlavə səyahət məhdudiyyətlərini nəzərdən keçirir.

    Məhdudiyyətlər nümayəndə heyətinin Nyu-Yorkdan kənara səyahətinə, həmçinin Costco və Sam's Club kimi topdansatış mağazalarından alış-verişə qadağa tətbiq ediləcək.
    Bu pərakəndə satış şəbəkələri xüsusilə ABŞ-dakı iranlı diplomatlar arasında populyardır, onlar oradan aşağı qiymətə toplu şəkildə mal alıb İrana göndərirlər.