XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan XİN Monteneqroya başsağlığı verib

Bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib

Azərbaycan XİN Monteneqroya başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.

    Bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

    "Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.

    Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.