İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər
Görüş Nyu-Yorkda baş tutub
İranın xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidanla Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sammiti çərçivəsində üçtərəfli görüş keçirib.
Bu gün səhər baş tutan görüş Astana prosesinin xarici işlər nazirlərinin Suriya ilə bağlı iclası çərçivəsində keçirilib.
Xarici işlər nazirləri görüşdə İsrailin Suriyaya hücumlarını pisləyib və bunu beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, onlar İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriyadakı vəziyyətə mənfi təsirini də qeyd ediblər.