İtaliyada Azərbaycan və Ermənistan səfirləri bir araya gəlib
Görüş Diplomatiya Festivalının prezidenti Giorgio Bartolomuccinin dəvəti ilə baş tutub
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və Ermənistanın İtaliyadakı səfiri Vladimir Karapetyan Diplomatiya Festivalının prezidenti Giorgio Bartolomuccinin dəvəti ilə “Sülh mümkündür” adlı debatda iştirak ediblər.
Tədbirdə İtaliyanın müxtəlif universitetlərindən 150-yə yaxın tədqiqatçı və tələbə iştirak edib.

Ermənistan və Azərbaycan səfirləri ABŞ Prezidenti Donald Trampın regionda sülhün bərqərar olunmasında xüsusi rolunu da vurğulayıblar.

Təqdimatlardan sonra səfirlər tələbələrin suallarını cavablandırıblar.
1 dəqiqədən az