XƏBƏRLƏR / Diplomatiya

"Vaşinqton razılaşmalarının müsbət nəticələrini görürük"

Bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib

"Vaşinqton razılaşmalarının müsbət nəticələrini görürük"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Bakıda səfərdə olan Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında dediklərindən:

    "Biz artıq avqustun 8-də Vaşinqton sammitində əldə olunmuş razılaşmaların müsbət nəticələrini görürük. Biz bilirik ki, ABŞ və Ermənistan arasında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar davam edir.

    Bu təşəbbüsün həyata keçirilməsi regionun bütün ölkələrinə iqtisadi fayda gətirəcək və Ermənistan tranzit ölkəyə çevrilə bilər.

    Müsbət irəliləyişlər arasında Azərbaycanın Ermənistana yüklərin öz ərazisindən tranzitinə icazə verməsi, xüsusən də Qazaxıstandan taxıl tədarükü diqqətəlayiqdir".