Monteneqroda silahlı insident: 10 ölü YENİLƏNİB
Bu barədə "Anadolu" agentliyi bildirib
04:05
Monteneqroda 10 nəfəri qətlə yetirməkdə və dörd nəfəri yaralamaqda şübhəli bilinən şəxs intihar edib.
Bunu ölkənin daxili işlər naziri Danilo Şaranoviç mətbuat konfransında açıqlayıb.
“Polis əməliyyatı uğurla həyata keçirilib. Beləliklə, həmin şəxs polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində təcrid edilib. Çıxılmaz vəziyyətdə olduğu aydın olan anda o, özünə qəsd etməyə cəhd göstərib”, – DİN rəhbəri bildirib.
Onun sözlərinə görə, şübhəli şəxs xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda keçinib.
***
01:55
Monteneqronun Çetinye şəhərində insanlara atəş açan şəxs 2-si azyaşlı olmaqla azı 10 nəfəri öldürüb.
Bu barədə Monteneqronun daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransı zamanı bildirib.
“Bu cinayəti törətməkdə şübhəli bilinən Ako Martinoviç 2-si azyaşlı olmaqla, azı 10 nəfərin həyatına son qoyub”, - deyə o bildirib.
Nazir Çetinye sakinlərini şübhəli həbs olunana qədər evlərini tərk etməməyə çağırıb.
***
01.01.2025-ci il
22:59
Monteneqronun Setinye şəhərində kafelərin birində baş vermiş silahlı insidentdə yeddi nəfər ölüb.
Bu barədə "Anadolu" agentliyi bildirib.
“Bu gün Setinyedə ictimai iaşə müəssisələrindən birində bir neçə nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib. Silahlı hücum edən hadisə yerindən qaçıb. Polis İdarəsi vətəndaşları sakitliyə çağırır və evlərini tərk etməməyə çağırır. RTCG-nin məlumatına görə, ölənlərin sayı azı yeddi nəfərdir, bir nəfər yaralanıb”, – deyə “hücum edənin iki yetkinlik yaşına çatmayan şəxsi öldürdüyü” dəqiqləşdirilməklə məlumatda qeyd olunub.
Yerli polis idarəsinin məlumatına görə, 45 yaşlı kişi “odlu silahdan istifadə edərək bir neçə nəfəri öldürüb, silahlı şəkildə müəssisəni tərk edib və hadisə yerindən qaçıb”.
“İctimaiyyətə bildiririk ki, bu tək hadisədir və mütəşəkkil cinayətkar qrupların qarşıdurması ilə bağlı deyil. Böhranlı vəziyyətin tənzimlənməsi üçün əraziyə xüsusi polis bölmələri göndərilib”, – hüquq-mühafizə orqanının bəyanatında deyilib.