Hərbi cani Köçəryan və ailəsinin varidatı müsadirə olunacaq
Bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan məlumat verib

Ermənistanın baş prokuroru Anna Vardapetyan keçmiş prezident Robert Köçəryan və onunla əlaqəli şəxslərin qanunsuz mənşəli əmlakının müsadirə edilməsi ilə bağlı iddiada prokurorluğun konkret nəyi müsadirə etməyi tələb etdiyini təqdim edib.
Vardapetyan bu barədə parlamentdə “Mülki müqavilə” fraksiyasının deputatı Vaan Aleksanyanın sualına cavab verərkən deyib:
İş üzrə təqsirləndirilən şəxslər Robert və Bella Köçəryanlar, Sedrak Köçəryan və Zaruhi Badalyan, Levon və Siranuş Köçəryanlar, Qayane Köçəryan və Vigen Çatinyandır. Ermənistan Respublikasının maraqları naminə Prokurorluq aşağıdakıların müsadirə olunmasını tələb edir:
- 22 daşınmaz əmlak,
- 2 daşınmaz əmlak əldə etmək hüququ,
- 3 milyon ABŞ dollarından çox,
- 985 milyon dram dəyərində istiqrazlar,
- 1,4 milyon dollardan çox məbləğdə bank depozitləri,
- 15 hüquqi şəxsin səhmləri (o cümlədən Nairi Insurance, Toyota Yerevan, Target Group və digər şirkətlər),
- 4 milyon dollar, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlər üzrə tələblər,
- 2 nəqliyyat vasitəsi,
- əmlak və 23,8 milyard dramdan çox ekvivalent məbləğlər.
Bu, Robert Köçəryana və onunla əlaqəli şəxslərə qarşı məhkəmədə gedən iddianın mövzusudur.