XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və Peru XİN-ləri arasında siyasi məsləhətləşmələr

Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verir FOTO

Azərbaycan və Peru XİN-ləri arasında siyasi məsləhətləşmələr
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Limada Azərbaycan və Peru xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib.

    Siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində aparılıb.

    Məsləhətləşmələrdə Peru nümayəndə heyətinə xarici işlər nazirinin müavini Feliks Deneqri başçılıq edib.

    "Görüş Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin 29 ili ərzində əməkdaşlığın və strateji dialoqun yeni mərhələsinin başlanğıcını göstərir", - XİN-dən bildiriblər.

    Görüşdə nazir müavini Deneqri əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağı vurğulamış və bu mexanizmin turizm, təhlükəsizlik, mədəniyyət və idman kimi sahələrdə birgə layihələrin təşviqinə imkan verəcəyini qeyd etmişdir. Onun sözlərinə görə, əməkdaşlığın inkişafı hər iki xalqın rifahına mühüm təsir göstərə bilər.

    Elnur Məmmədov öz növbəsində Azərbaycanın 2019-cu ildən üzv olduğu Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyi (CELAC) və Sakit Okean Alyansı kimi regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

    Tərəflər qarşılıqlı investisiyaların cəlb edilməsi potensialını qeyd ediblər. Perunun Asiya-Sakit okean regionunda, Azərbaycanın isə Cənubi Qafqazda strateji rol oynaması ilə hər iki ölkənin mühüm geoiqtisadi həlqə olduğu vurğulanıb.

    Nazirlik qeyd edib ki, Azərbaycan və Peru zəngin və min illik mədəni irsə malik iki ölkədir. Bu kontekstdə tərəflər bu sahədə texniki əməkdaşlığı gücləndirmək, öz irsini qorumaq üçün təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.