Lavrov və Rubio Nyu-Yorkda görüşüb
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun Nyu-Yorkda görüşü keçirilir.
Görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində çərçivəsində keçirilir.
"İnterfaks" xəbər verir ki, bu, Lavrov və Rubio arasında 2025-ci ildən bəri keçirilən beşinci görüşdür: onlar əvvəllər Ər-Riyad, Kuala Lumpur, Nyu-York və Manilada görüşmüşdülər.
Daha əvvəl Rusiya xarici işlər naziri ABŞ dövlət katibi ilə görüşündə digər məsələlərlə yanaşı, Vaşinqtonun Ukraynadakı vəziyyətə baxışını da müzakirə etməyi planlaşdırdığını bildirmişdi.
Rusiya tərəfindən Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev, Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və Xarici Siyasət Planlaşdırma Departamentinin direktoru Aleksey Drobinin iştirak edirlər.
1 dəqiqə