XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev Parisdə Fransa rəsmiləri ilə görüşüb

Bu barədə Prezidentin köməkçisi “X” şəbəkəsindəki hesabında yazıb

Hikmət Hacıyev Parisdə Fransa rəsmiləri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezidentin köməkçisi Hikmət Hacıyev Fransada səfərdədir. O, bir sıra fransız məmuru və həmkarı ilə görüşüb. Bu barədə Hacıyev X” şəbəkəsindəki hesabında yazıb:
    "Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında telefon danışığından sonra Parisdə Prezidentin Diplomatik müşaviri Emmanuel Bonne və digər fransız həmkarlarımla məhsuldar görüş keçirdim.
    İkitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər barədə fikir mübadiləsi apardıq."