Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıda səfərdədor
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Görüşdə Azərbaycanla Aİ arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Ceyhun Bayramov və Maqdalena Qrono Azərbaycanla Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığı müzakirə ediblər, müxtəlif platformalar çərçivəsində danışıqların vacibliyini qeyd ediblər. Onlar son aylarda keçirilən yüksək səviyyəli dialoq və təmaslardan məmnunluqlarını bildiriblər və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qronno Avropa İttifaqının Vaşinqton Zirvə görüşündə əldə edilən irəliləyişi dəstəkləməyə hazır olduğunu bildirib. Bayramov öz növbəsində həmsöhbətinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesinin əldə edilən uğurları və perspektivləri barədə məlumat verib və ölkəmizin bu məsələ ilə bağlı mövqeyini bir daha təsdiqləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 dəqiqə