Parada hansı ölkələrin nümayəndələri gəlmək istəməyib?
Bu barədə məlumat ölkə mediasına sızdırılıb
Yerli media hansı diplomatların Bakıda qələbə paradına dəvətnamələrə cavab vermədikləri barədə məlumat yayıb.
Məsələn, "üzrlü səbəblərə görə" Almaniyanın, Latviya və İsveçrənin Azərbaycandan kənarda olan səfirləri iştirak edə bilməyiblər.
Avropa Şurasının nümayəndəsi əvvəlcədən planlaşdırılan görüş keçirirdi. Vaxtı bitmiş Yunanıstan səfiri Bakını tərk etmək üçün çantalarını yığırdı, Portuqaliya səfiri isə artıq səfir deyildi.
Dəvətnamə alan və etinadsızlıq göstərənlər: Fransa səfiri, AB nümayəndəsi, Belçika, Litva, Avstriya, Hollandiya diplomatları, habelə BMT və ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) nümayəndələri.
İspaniya və Estoniyanın səfirləri yalnız axşam saatlarında parad ərəfəsində cavab verib, lakin çox gec idi, daha artıq yer qalmamışdı.

Eyni zamanda paradın tribunasında 75 ölkədən nümayəndə heyəti var idi ki, onlardan 37-si - Rusiya, Ukrayna, Çexiya, Macarıstan, Moldova, Çin, İsrail və İran da daxil olmaqla - səfir səviyyəsində təmsil olunmuşdu.
1 dəqiqə