XƏBƏRLƏR / Diplomatiya

"Rusiya ilə əlaqələri dəstəkləyənlər təqib olunur"

Rusiya XIN sözçüsü Mariya Zaxarova Ermənistan hakimiyyətindən gileylənib

"Rusiya ilə əlaqələri dəstəkləyənlər təqib olunur"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya XİN sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın ikitərəfli münasibətlərlə bağlı potensial narahatlıqlarını müxtəlif formatlarda müzakirə etməyə hazırdır.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü həmçinin Ermənistana qarşı aparılan "hibrid müharibə" iddialarına da münasibət bildirib.
    "Bu iddialar respublikada ölkəmizlə əlaqələrin inkişafını dəstəkləyənlərin təqib olunması fonunda ortaya çıxır. Bu, son illərdə Moldova kimi digər ölkələrdə sınaqdan keçirilmiş bir nümunə kimi görünür", - Zaxarova deyib.