Lavrovun İrəvanda müzakirə edəcəyi məsələlər bəlli olub
Rusiya Xarici İşlər Nazirliyi açıqlayır

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər edəcək.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.
Danışıqlarda ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər. Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.