XƏBƏRLƏR / Diplomatiya

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb

Kestutis Budris görüşün nəticələri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb.

    Litva XİN rəhbəri görüşün nəticələri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

    O, danışıqların məhsuldar keçdiyini vurğulayaraq bildirib ki, Litva və Azərbaycan qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən energetika, ticarət və xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin olunması istiqamətində ardıcıl irəliləyiş əldə edirlər.