İtaliyanın XİN rəhbəri Antonio Tayani Bakıya gəlir
Bu barədə yerli mətbuat xəbər yayıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın üçüncü ongünlüyündə Azərbaycana səfər edəcək.
Səfəri zamanı o, Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək və noyabrın 23-də Bakıda keçiriləcək Azərbaycan-İtaliya biznes forumunda iştirak edəcək.
Xarici işlər nazirini foruma enerji, infrastruktur və digər sektorlarda fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndələri müşayiət edəcək.
1 dəqiqədən az