
Tehran Dialoq Forumu bazar günü səhər prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə rəsmi olaraq açılıb.
Xarici iştirakçılar arasında Omanın xarici işlər naziri Bədr Əlbusaidi, Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin, Əfqanıstanın müvəqqəti hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi, İraq Kürdüstanının baş naziri Neçirvan Bərzani və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan var.
Həmçinin İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif və Tehranda fəaliyyət göstərən səfirlər də iştirak edir.
Azərbaycanı bu forumda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edir.
Tehran Dialoq Forumu mayın 18-19-da İran rəsmiləri və xarici rəsmilərin, o cümlədən nazirlərin, beyin mərkəzlərinin rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları ilə keçirilir.