Bayramov-Mirzoyan görüşü bu ay Nyu-Yorkda baş tutacaq
Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək
Ermənistanın xarici işlər və xarici ticarət naziri Ararat Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bu ay Nyu-Yorkda görüşəcək.
Mirzoyan bu barədə “Azatutyun” radiosunun sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək.
BMT Baş Assambleyasının builki yüksək səviyyəli həftəsi sentyabrın 22-dən 28-dək Nyu-Yorkda baş tutacaq. Ümumi debatların əsas hissəsi sentyabrın 22–26-sı və 28-də keçiriləcək.
Mirzoyan görüşün gündəliyi ilə bağlı əlavə məlumat verməyib.
1 dəqiqədən az