Abdullahian Naxçıvana təyin edilən konsulla görüşdü
Bu barədə İRNA məlumat yayıb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Naxçıvana təyin edilmiş yeni Baş konsulu Əziz Mənsurini qəbul edib.
Bu barədə İRNA məlumat yayıb.
Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb.
Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib.
Xatırladaq ki, Əziz Mənsuri bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb.