ABŞ səfiri etimadnaməsini Vaşinqtonda olduğuna görə verməyib
ABŞ-ın Azərbaycandakı səfirliyi erməni mediasının yalanlarını ifşa edib
ABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərlə bağlı yayılan əsassız və yalan məlumatı təkzib edib.
Diplomatik nümayəndəlik sosial şəbəkələrdə bəyanat yayıb.
"Yanvarın 4-də ABŞ Dövlət katibinin köməkçisi Culyet Noyesin iştirak etdiyi mərasimdə səfir təyin olunmuş Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və etimadnaməsini ABŞ-ın Azərbaycandakı 11-ci səfiri kimi Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir - deyə səfirliyin bəyanatında deyilir.
Bundan əvvəl Ermənistan KİV-i səfir Mark Libbinin bir aydır Bakıda olduğunu, lakin onun etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmək üçün dəvət olunmadığını iddia edib.
Diplomat hazırda ABŞ-dadır.