XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev Londonda Lord Con Alderdas ilə görüşüb

Prezidentin köməkçisi Böyük Britaniyanın Azərbaycan və Orta Asiya üzrə ticarət nümayəndəsi bir sıra məsələlərdən danışıb

Hikmət Hacıyev Londonda Lord Con Alderdas ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Azərbaycan və Orta Asiya üzrə ticarət nümayəndəsi Lord Con Alderdas ilə görüşüb.

    "Bu gün Böyük Britaniyanın Azərbaycan və Orta Asiya üzrə ticarət nümayəndəsi Lord Con Alderdas ilə görüşməkdən məmnun oldum. Strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya münasibətlərimizi daha da genişləndirmək, eləcə də süni intellekt, rəqəmsal transformasiya və bağlantı imkanlarından necə istifadə edə biləcəyimiz barədə məhsuldar müzakirə apardıq", - deyə Hacıyev sosial mediada yazıb.