XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşüb

Bu barədə XİN-in “X” hesabında bildirilib

Ceyhun Bayramov BQXK prezidenti ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljariclə görüşüb.

    Bu barədə XİN-in “X” hesabında bildirilib.

    Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

    Tərəflər Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti, keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparıblar.

    Azərbaycan beynəlxalq humanitar hüquqa və humanitar prinsiplərə sadiqliyini bir daha təsdiqləyib.

    Görüşdə BQXK ilə qarşılıqlı maraqlar əsasında dialoqun davam etdirilməsinin vacibliyi də vurğulanıb.