
15:57
İstanbulda İran və “Avropa üçlüyü”nün nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə İran XİN rəhbərinin müavini Kazım Qəribabadi özünün “X” hesabında məlumat verib.
O, İran tərəfinin öz prinsiplərini qarşı tərəfə çatdırdığını və Qərbin mövqeyini tənqid etdiyini bildirib.
Hər iki tərəf dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılaşıb.
***
11:34
İstanbulda İran və “Avropa üçlüyü” arasında danışıqlar başlayıb.
İran və “Avropa üçlüyü” - Böyük Britaniya, Fransa və Almaniya nüvə proqramını müzakirə etmək üçün İstanbulda görüş keçirir.
Danışıqlarda İranı xarici işlər nazirinin müavinləri Məcid Taxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.