XƏBƏRLƏR / Diplomatiya

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə səfərə gedib

XİN xəbər verir

Xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə səfərə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 3-də AzərbaycanIn xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumta görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun noyabrın 4-də Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.